Keçid linkləri

2025, 16 Fevral, bazar, Bakı vaxtı 23:00

Azərbaycan və Ermənistan xarici işlər nazirləri iyulun 17-də görüşəcək


İyulun 17-də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ATƏT-in Minsk qrupunun həmsədr ölkələrdən olan həmkarlarının iştirakı ilə Qazaxıstanın Almatı şəhərində görüşəcək.

Görüş ATƏT-in üzvü olan ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü çərçivəsində reallaşacaq.


Elmar Məmmədyarov, Edvard Nalbandyan və həmsədr ölkələrin xarici işlər nazirləri Sergey Lavrov (Rusiya), Bernar Kuşner (Fransa), ABŞ dövlət katibinin müavini Ceyms Staynberqin ATƏT-in fəaliyyətdə olan sədri Kanat Saudabayevin iştirakı ilə təşkil olunacaq görüş ATƏT ölkələri xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısı çərçivəsində baş tutacaq və Bakı vaxtı ilə saat 19.00-da başlayacaq.


Nazirlərin görüşündə əsas müzakirə mövzularından biri Laçın və Kəlbəcərin taleyi olacaq. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib ki, “ATƏT-in Minsk qrupu həmin rayonların Azərbaycana Dağlıq Qarabağ ətrafındakı 5 rayon azad ediləndən 5 il sonra qaytarılmasını təklif edir. Azərbaycan buna razıdır, Ermənistan isə məsələnin yenə də müzakirə edilməsini istəyir”.

XS
SM
MD
LG