Keçid linkləri

Təcili xəbərlər
2021, 27 İyul, çərşənbə axşamı, Bakı vaxtı 17:16

Sərgi təşkilatçıları zorakılığı təbli etməkdə günahkar bilindilər


Rusiya məhkəməsi 2007-ci ildə Saxarov muzeyində sərgi təşkil edənləri dini zorakılığın yayılmasında günahkar bilib. Prokuror sərginin təşkilatçılarından Andrey Yerofeyev və muzeyin ovaxtki direktoru Yuri Samodurovun 3 illik həbsini istəyirdi. Amma məhkəmə onları 150 min rubl cərimə edib.

2007-ci ildəki sərgi “Qadağan olunmuş sənət” adlanırdı. Həmin sərgidə İsa Məsihin Mikki Maus başıyla şəkli də nümayiş etidirilmişdi. Rusiyanıln Ultra-millətçi Pravoslav qrupları sərgi təşkilatçılarının həbsi üçün müraciət eləmişdilər.
XS
SM
MD
LG