Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:48

«Saxtakarlıq olsa, Bakıya yürüş edəcəyik»


İyulun 12-də Göyçay rayon sakini Zümrüd Ağayevanın meyiti eksqumasiya olunacaq. Bu barədə qərarı mərhumun valideynləri və hüquq müdafiəçisi Vidadi İsgəndərlinin tələbi əsasında Göyçay Rayon Məhkəməsi qərar qəbul edib.

Anadangəlmə tromb-damar xəstəsi 17 yaşlı Zümrüd Ağayeva ötən ilin noyabrında vəfat edib. Atası Nəriman Ağayev iddia edir ki, Göyçay Rayon Prokuroru Aftandil Babayev ondan qızının meyitinin yarılmaması üçün 3 min manat tələb edib. Söhbət əsnasında məbləğ 1000 dollara endirilib. Daha sonra Nəriman Ağayev ondan rüşvət alınması şikayəti ilə ölkə prezidentinə və Respublika Baş Prokurorluğuna yazılı şəkildə müraciət edib.

Nəriman Ağayev və hüquq müdafiəçisi Vidadi İsgəndərli eksqumasiyanın düzgünlüyünə artıq şübhə ilə yanaşır. Nəriman Ağayev:

«Məsələnin düzgün araşdırılacağına şübhəmiz var. Bizdə olan məlumata görə, sabah eksqumasiya zamanı saxtakarlıq etmək və guya qızımın cəsədinin daxili müayinədən keçirilməsi ilə bağlı rəy vermək istəyirlər. Halbuki heç bir daxili müayinə olmayıb. Əgər saxtakarlıq olsa kənd camaatı ilə birgə etiraz etmək üçün Bakıya doğru yürüş edəcəyik».

Baş Prokurorluğun bundan öncə yaydığı rəyində müraciətin araşdırıldığı və öz təsdiqini tapmadığı bildirilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG