Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:14

Dünya çempionu müəyyənləşir


İyulun 11-də Cənubu Afrikanın Yohanesburq şəhərində futbol üzrə dünya çempionatının final oyunu keçiriləcək.

Bakı vaxtı ilə 23:30-da başlayan görüşdə İspaniya və Hollandiya milliləri qarşılaşacaq.

Artıq çempionatın bürünc medalçısı bəllidir.

İyunun 10-da 3-cü yer uğrunda mübarizə aparan Almaniya və Uruqvay yığmalarının görüşü 3:2 hesabı ilə Almaniyanın xeyrinə qurtardı.

Qolları Almaniyadan Tomas Mueller, Marcel Jansen, Sami Khedira, Uruqvaydan isə Edinson Cavani və Diego Forlan vurublar.
XS
SM
MD
LG