Keçid linkləri

2025, 15 Fevral, şənbə, Bakı vaxtı 14:17

Kosmosu Paşayevə tapşırdılar


Arif Paşayev
Akademik Arif Paşayev Azərbaycanın Kosmik Məsələlər üzrə Şurasının sədri seçilib.

Bu barədə «Azərtac» agentliyi məlumat yayıb.

Xəbərdə deyilir ki, son vaxtlar Azərbaycanda kosmik sənayenin inkişafına böyük diqqət ayrılır.

O cümlədən, dövlət başçısı tərəfindən «Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peykinin orbitə çıxarılması haqda» və «Kosmik sənayenin yaradılması və inkişafı Dövlət Proqramının təsdiqlənməsi haqda» sərəncamlar imzalanıb.

Dövlət Proqramının əsas hissələrindən biri telekommunikasiya peykinin orbitə çıxarılmasıdır. Bu məqsədlə də «Azərkosmos» Açıq Səhmdar Cəmiyyəti yaradılıb.
XS
SM
MD
LG