Milli Kitab Müsabiqəsində Münsiflər Heyətinin üzvü olmuş "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid Azadlıq Radiosunun "Oxu zalı"na müsahibəsində müsabiqənin qalibi olmuş Elxan Qaraqanın plagiatlıq etməsi barədə iddiaları “mənasız” adlandırıb.
- Onlar bütün bunları paxıllıqları, kinləri və hikkələrindən edirlər. Adı çəkilən “Döyüş klubu” filmi bəyəm Azərbaycan cəmiyyətindəki rüşvətxorluq və başqa problemlərdənmi bəhs edir ki, Elxan oradan oğurluq etmiş sayılsın?..
O ki qaldı bədii əsərlərdəki struktur oxşarlığına, Azərbaycanın ən gözəl əsəri “Qətl günü”dür. Deyirlər ki, Yusif Səmədoğlu onu “Master və Marqarita”dan oğurlayıb. Bütün bunlar boş söhbətlərdir.
Sadəcə, mən o cavan uşaqların öz yaşıdlarına qarşı o cür münasibətini anlamıram. Məsələn, Anara, qoca yazıçılara bu cür yanaşırdılar, indi də öz yaşıdlarına keçiblər.
ƏTRAFLI BURADA OXU