ABŞ-ın İnsan Haqları üzrə Helsinki Komissiyası ATƏT -ə üzvü olan 56 ölkədə mətbuat azadlığının və araşdırıcı jurbalistlərin müdafiəsinə dair qətnamə qəbul edib.
Senator Benjamin L. Kardinin təklif etdiyi bu sənəd dövlətləri təhqirə görə cinayət məsuliyyəti nəzərdə tutan qanunları aradan qaldırmağa, informasiyanın azad axımını gücləndirməyə və jurnalistlərə qarşı təhqiqlər və fiziki hücumları daha fəal araşdırılmağa çağırır.
Helsinki Komissiyasının sədri Benjamin L. Kardin deyib ki, bu qətnamə dövlətlərin öz qanunvericiliklərini dəyişmələrinə, ifadə azadlığını məhdudlaşdıran əməllərdən çəkinməyə, internetə çıxışa qoyulan məhdudiyyətləri aradan qaldırmağa və jurnalistlərin fiziki təzyiqlərə məruz qalması ilə bağlı halların daha effektiv araşdırılmasına gətirib çıxaracaq.
Sənəd ATƏT ölkələri Parlament Assambleyasının Norveçdə keçirilən iclasının gündəliyinə də salınır və şənbə günü səsə qoyulacağı gözlənilir.
2010-cu ildə ATƏT regionuna daxil olan ölkələrdə 16 jurnalist qətlə yetirilib, 136 jurnalist isə həbsə atılıb.
ABŞ-ın Helsinki Komissiyası adlanan Avropada Təhlküəsizlik və Əməkdaşlıq Komissiyası ABŞ-ın müstəqil Federal Agentliyidir.
Bu qurum Helsinki Yekun Aktının icrasına nəzarət edir və insan haqları, demokratik dəyərlər, iqtisadiyyatın inkişafı ilə hətrəfəli təhlükəsizlik şəraitinin yaradılmasına çalışır.
Komissiyaya Senatdan doqquz, Nümayəndələr Palatasından doqquz, Dövlət Departamenti, Müdafiə və Kommersiya Nazirliklərinin hərəsindən bir nümayəndə daxildir.