Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:41

ABŞ Azərbaycan hökumətini Eynulla Fətullayevi azad etməyə çağırır


ABŞ «Realnı Azərbyacan» və «Gündəlik Azərbaycan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin daha 2 il yarım müddətinə azadlıqdan məhrum edilməsindən narahatdır.

Bu barədə Dövlət Departamentinin sözçüsü Mark Toner bildirib.

Departamentin rəsmi internet səhifəsində yerləşdirilən məlumatda deyilir ki, «ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi jurnalistə qarşı narkotik ittihamını «ağla-sığmaz» adlandırıb, ABŞ da ATƏT nümayəndəsinin və digərlərinin bu fikrinə qoşulur, Fətullayevin azad edilməsinə çağırır».

Bəyanatda Avropa İnsan Haqları Məhkəməsinin Eynulla Fətullayevə bəraət verdiyi də xatırladılır.

ABŞ Azərbaycan hökumətini mətbuat azadlığına, o cümlədən jurnalistlərin araşdırma hüququna, mətbuatda sərbəst dərc etmə hüququna hörmət etməyə çağırır.

Qeyd olunur ki, ABŞ dövlət katibi Hillari Klintonun iyulun 4-də Bakıda səfərdə olarkən dediyi kimi, «vətəndaş cəmiyyətinin üzvlərinə hörmət edildiyi və hədə-qorxu olmadan işləməyə icazə verildiyi bir yerdə demokratiya və cəmiyyətlər inkişaf edir».

Dövlət Departamenti bildirir ki, ABŞ Azərbaycanda demokratik islahatlar və iqtisadi inkişafa yardım etməyə hazırdır.

Bəyanatın sonunda bir daha vurğulanır ki, Eynulla Fətullayevin həbsi «düzgün istiqamətdə atılmayan addımdır».

Qaradağ rayon məhkəməsinin qərarı ilə həbsdə olan jurnalist Eynulla Fətullayev həbsxanada narkotik saxlama ittihamı ilə daha 2 il 6 ay həbs cəzası alıb.
XS
SM
MD
LG