Keçid linkləri

2025, 07 Fevral, Cümə, Bakı vaxtı 02:57

Kraliça daha qənaətli olmağa məcburdur


Adamda belə təəssürat yaranır ki, onlar həmişə bir-birlərindən zövq alırlar
Adamda belə təəssürat yaranır ki, onlar həmişə bir-birlərindən zövq alırlar
/ «Daily Telegraph» qəzeti /

Britaniyanın 84 yaşlı kraliçasını onun əri - 89 yaşlı Edinburq hersoqu bütün mühüm tədbilərdə müşayət edir. Kraliçının taxt-tac sahibi olduğu 60 il ərzində həyat yoldaşı həmişə onun yanında olub.

Ancaq onları heç vaxt yorğun görmək olmur. Adamda belə təəssürat yaranır ki, onlar həmişə bir-birlərindən zövq alırlar. Kraliçanın Kanadaya səfərində də belə olub. Kraliça Kanadada ağac əkib, hinduların yaşadığ ziqvamlara baş çəkib, müxtəlif açılışlarda olub, çıxışlar edib. Kanada hökumətinin rəsmi naharında olandan sonra BMT-nin Baş Məclisində çıxış etmək üçün Nyu-Yorka uçub.

Kraliçanı müşayiət edən jurnalistlər gün ərzində 12 saat işləməsinə baxmayaraq onda nə yorğunluq, nə də bir tədbiri başqasından üstün tutma hissinin olmadığını görüblər.

KRAL AİLƏSİ XƏRCLƏRİNİ AZALDIR

Bu səfərlə eyni vaxtda xəbər yayılıb ki, Britaniya kral ailəsinin xərclərinin azaldılması ilə bağlı qənaət rejiminə keçir. Bu da gələcəkdə kraliçanın ictimaiyyət arasında iştirakını azalda bilər. Bu xəbərdən sonra sual yaranır - dövlətin Kral ailəsinə xəsis münasibəti kral institunun xarakterini dəyşə bilərmi.

İŞÇİLƏR AZALDILACAQ

Sarayın sözçüsü deyir ki, düşünmürəm ki, qənəat tədbirləri kraliçanın tədbirlərdə iştirak etməməsinə gətirib çıxarsın. O deyib ki, biz qənaəti işçiləri azaltmaq hesabına edəcəyik. Çox zəruri olduqda yeni içiləri işə qəbul edəcəyik.

Kraliça özü çox qənaətcil adamdır. Büdcədən nə qədər böyük vəsaitin xərcləndiyini göz önünə gətirsək, kral ailəsinə ayrılan pulun çox az olduğu görünər.

Kraliça özü çox qənaətcil adamdır
2012-ci il Olimpiya Oyunlarına görə vəsait 9.3 milyard funta çatıb. Bərabərlik və insan hüquqları komissiyası 39 milyon funtu göyə sovurub. Papanın Britaniyaya 4 günlük səfərinin xərci 15 milyon funt olduğu halda kraliçanın bütün il ərzindəki səfər xərci 3,9 milyon funtdur.

«KRALLIĞA AYRILAN VƏSAİT ÇOX AZDIR»

Mühafizəkarlar Partiyasından olan deputat Edvard Ley deyir ki, dövlət sektorunda israfçılıqla müayisədə krallığa ayrılan vəsait çox azdır. Kraliçanın turizmə, Britaniya irsinə və ökəyə xidməti həddindən artıq böyükdür. Edvard Ley deyir ki, Avropa ölkələri ilə müqayisədə Britaniyanın monarxiyadan başqa fərqləndirici xüsusiyyəti yoxdur:

«Bizim muzeylərimiz Avropa ölkələrindəki kimi qəşəng deyil, dövlət binalarımız isə məsələn, İtaliyadakı kimi yaraşıqlı deyil. Yeganə ənənəvi xüsusiyyətimiz kral ailəsinin olmasıdır».

Ley deyir ki, Bukinghem Sarayının təmiri təxirə salınıb:

«Açığı bərbad gündədir. Sarayının tavanını ordan su axandan sonra təmir ediblər».

Kral ailəsinə dövlətin ayırdığı vəsaitə gəldikdə, bu rəqəm 1991-92-ci illərdə 87,3 milyon, 2009-2010-cu illərdə isə 38,2 milyon funt olub. Bununla da hər vergi ödəyicisinə 62 sent düşür.

/ Tərcümə: Kəbiran Dilavərli /
XS
SM
MD
LG