Keçid linkləri

2025, 27 Mart, Cümə axşamı, Bakı vaxtı 17:49

Serbiya Kosovaya xəbərdarlıq edib


İyulun 2-də Kosovonun şimalındakı Mitrovitsa şəhərində serb etirazçılara bomba atılması “təhrik edilməmiş zorakılıq”dır. Bunu Serbiya prezidenti Boris Tadiç BMT-nin Təhlükəsizlik Şurasına müraciətində bildirib.

Tadiç xəbərdarlıq edib ki, əgər bu cür hadisələr davam etsə Serbiya Kosovoda beynəlxalq qüvvələrin iştirakı məsələsinə yenidən baxacaq. Kosovoda təhlükəsizliyi NATO qüvvələri təmin edir.

Kosovonun xarici işlər naziri İskender Hüseyni isə bildirib ki, Serbiya Kosovo serblərindən sui-istifadə etməyə son qoymalıdır.

XS
SM
MD
LG