Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:40

Həmsədrlər Bakıda səfərdədirlər


Həmsədrlər İqor Popov, Robert Bradtke və Bernar Fasye
Həmsədrlər İqor Popov, Robert Bradtke və Bernar Fasye
ATƏT-in Minsk Qrupunun həmsədrləri Bakıda səfərdədirlər. Bundan öncə Yerevanda rəsmilərlə görüşüblər. Fransalı həmsədr Bernar Fasye görüşlərin konstruktiv olduğunu deyib. Jurnalistlərin suallarını cavablandırarkən isə Fasyenin Xankəndini Stepanakert adlandırması etiraza səbəb olub:

«Artıq 2-3 ildir ki, mən obyektiv olsun deyə burda Xankəndi-Stepanakert, Yerevanda olarkən isə Stepanakert-Xankəndi deyirəm».

Fasye səfərlərinin məqsədinin həmsədr ölkələrin rəhbərlərinin son bəyanatlarından irəli gələn tapşırıqların yerinə yetirilməsi olduğunu da deyib. Yenilənmiş Madrid prinsiplərinə Ermənistan tərəfinin hələ də cavab verməməsinə gəlincə, Fasye deyib ki, bir vaxtlar Azərbaycan tərəfi də bu sənədə etiraz bildirmişdi, lakin sonradan müəyyən razılığa gəlindi:

«İndi isə narazı tərəf Ermənistandır. Demək hələ də bu sənəddə tərəflərin hansısa birini qane etməyən məqamlar var. Onların bu mövqeyi həmsədrlər və həmsədr dövlətlərlə razı olmamaq kimi qəbul edilməməlidir. Bizim vəzifəmiz hər iki tərəfə ortaq razılığa gəlmək üçün köməklik etməkdir. Biz onların yerinə qərar verə bilmərik».

Minsk Qrupunun amerikalı həmsədri Robert Bradke isə ölkəsinin Dağlıq Qarabağdakı separatçı hərbi rejimə maliyyə yardımı ayırması məsələsinə aydınlıq gətirib. Deyib ki, bu yardım təhlükəsizliyin bərpasına yönəldilib, məqsəd Dağlıq Qarabağdakı insanların minalardan əziyyət çəkməsinin qarşısını almaqdır. Onu da deyib ki, narahatçılığa heç bir səbəb yoxdur, çünki ayrılan vəsaitin necə xərclənməsi nəzarətdədir.

ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov isə iyunun 17-18-də təmas xəttində baş vermiş atışma zamanı həlak olmuş Azərbaycan hərbçisinin meyidinin qaytarılması məsələsi ilə bağlı deyib ki, Yerevanda müzakirələr zamanı bu hadisə hərbi insident kimi müzakirə olunub. Deyib ki, meyidin təhvil verilməsinin lazımi qaydada icra olunacağına inanır.

Diplomatlar həmçinin Amerikanın dövlət katibi Hillari Klintonun Azərbaycana səfəri çərçivəsində onlarla görüşlərini yüksək qiymətləndiriblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG