Keçid linkləri

2025, 10 Fevral, Bazar ertəsi, Bakı vaxtı 03:50

Daha bir qurum Azərbaycan hökumətini söz azadlığına hörmət eləməyə çağırdı


Avropa Yayım Birliyi bütün hökumətləri söz və ifadə azadlığına hörmət eləməyə və həbsdəki jurnalistləri də azad eləməyə çağırıb.

Birliyin Ali Məclisinin Bakıda keçirilən toplantısında qəbul edilən bəyanatda jurnalistlərin həbsləri, onlara hüucmlar pislənib, hökumətləri jurnalistləri sıxışdıranları ədalət məhkəməsi qaşrısına çıxartmaq üçün tədbirlər görməsi tələb edilib.

Toplandıda Avropa Birliyinin Azərbaycanda söz azadlığının durumu və jurnalistlərə təzyiqlərdən narahatlığı dilə gətirilib.

Aprel ayında Avropa İnsan Haqları məhkəməsi jurnalist Eynulla Fətullayevin həbsdən azad edilməsi və ona 25 min avro təzminat ödənməsinə qərar versə də, Azərbaycan dövləti hələ də bu qərarı icra eləməyib. Əksinə, Eynulla Fətullayevə qarşı növbəti itithamlar irəli sürülüb.
XS
SM
MD
LG