Keçid linkləri

2025, 22 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 07:38

Akademik Rafiq Əliyev: "Xilas üçün güclü ziyalı birliyinə ehtiyac var"


...Bu gün biz elə bir ziyalı təbəqəsinə çevrilməliyik ki, bu ictimai məna yükü daşıyacaq təbəqə xalqın ağrısını başa düşsün, onun üzüntülərini hiss etsin, ona güc versin, bu ağrı və üzüntüləri aradan götürməkdə ona yardımçı olsun.

Mən birlik, yaxınlaşmaq deməkdə bir istiqamətdə fikirləşməyi, bir nöqtəyə baxmağı nəzərdə tutmuram, mən sinergetik təfəkkür tərəfdarıyam, qeyri-xətti nəticəçıxarma tərəfdarıyam.

Bu bizə bir yerdə daha yüksək fikir yüksəkliyinə qalxmağa imkan verər (nəinki tək-tək).

Müstəqil fikir sahibi olan fərdlərdən ibarət olacaq bu təbəqə ictimai vicdan yükü daşıyaraq modernləşdirilmənin hərəkətverici qüvvələri, ictimai inkişafın subyekti olmalıdır...

ƏTRAFLI BURDA OXU
XS
SM
MD
LG