«İşdən sonra» proqramında Avropa Şurasının İnsan Haqları üzrə Komissarı Tomas Hammerberqin son hesabatı müzakirə edilib. Milli Məclisin İnsan Haqları Komitəsinin sədr müavini Yevda Abramov müzakirədə iştirak edib. Onunla müsahibəni təqdim edirik:
«EYNULLA FƏTULLAYEVİN BURAXILMASI İCTİMAİ TƏHLÜKƏ TÖRƏTMƏYƏCƏK»
- Yevda müəllim, hesabatda deyilir ki, Azərbaycanda söz azadlığı məhdudlaşdırılır və bu sahədə ciddi irəliləyiş lazımdır. Ümumiyyətlə, bu hesabatla bağlı fikriniz nədir?
- Birinci dəfə deyil ki, belə hesabatları dinləyirik. Son bir neçə ildə dünyanın bir neçə qeyri-hökumət təşkilatları hər il mütəmadi olaraq belə hesabatlar verirlər. Mən hesab edirəm ki, bu hesabatlar obyektiv deyil. Bu insanların məqsədi bu gün Qafqazda böyük nüfuz sahibi olan Azərbaycanı gözdən salmaqdır. Mən bu adamların Azərbaycanda olmasına şübhə ilə yanaşıram. Bütün bu hesabatlar Azərbaycan reallığından uzaqdır. Bunlar belə hesabatlar verməklə Azərbaycanda parlament seçkisi öncəsi qarmaqarışıqlıq salmaq istəyirlər. Azərbaycanda insan haqlarının, söz azadlığının, vicdan azadlığının olmaması ilə bağlı belə sərsəm bəyanatlar verilir. Mən bu bəyanatı da növbəti belə bir bəyanat hesab edirəm. Burda əsaslı bir şey görmürəm.
- Hesabatda bir fikir də vurğulanır ki, həbsdə olan jurnalist və bloqqerlər də azadlığa buraxılsın. Siz necə hesab edirsiniz, azadlığa buraxılmalıdırmı həmin şəxslər?
- Azərbaycan prezidenti qədər amnistiya və əfv fərmanına imza atan ikinci bir prezident yer üzərində mənə göstərə bilərsizmi?...Mən hakim deyiləm. Məndən olsa onları elə sabah buraxaram. Çünki yüzlərlə insan buraxılıb. Eynulla Fətullayevin də azadlığa buraxılması ictimai təhlükə törətməyəcək. Və yaxud bu iki bloqqerin buraxılması da həmçinin. Yüzlərlə belə bloqqer var.
- O zaman niyə buraxılmır onlar? İlham Əliyev onları niyə əfv eləmir?
- Azadlığa buraxılma üçün prosedura qaydaları var. Elə-belə İlham Əliyev gözünü bağlayıb siyahıda olan adamları əfv olunmasına imza atmayıb. Bu adamların əfv olunması üçün həbsxanada onların özlərini necə aparması barədə məhkəmə inzibatçılarının xasiyyətnaməsi olmalıdır. Özləri ərizə ilə müraciət etməlidir. Peşmançılıq hissi keçirməlidirlər. Öz günahlarını boyunlarına götürməlidirlər.
«MƏN AVROPADAN GƏLƏN BU İNSANLARLA ÇÖRƏK DƏ KƏSMİŞƏM»
- Hesabata görə, Azərbaycanda söz azadlığı məhdudlaşdırılır. Bunun üçün ciddi irəliləyiş lazımdır. Yevda müəllim, ciddi irəliləyiş mümkündürmü mətbuat azadlığı sahəsində? Buna ehtiyac varmı?
- Xeyr. Ciddi irəliləyiş artıq başlanıb. 9 milyonluq Azərbaycanda bu gün 600-dən çox qəzet çap olunur. Bu gün Azərbaycanda nə qədər siyasi partiya var? Az qala qudaların partiyası, ayrı-ayrı familiyaların partiyası, qohumbaz-işbazların partiyaları da yaranıb. Qəzetlərdə prezident haqqında, prezidentin ailəsi haqqında yazırlar, istədikləri naziri çıxarıb, yerinə başqasını qoyurlar, istədikləri deputata qara yaxırlar. Bundan artıq söz azadlığı ola bilərmi? Nə istəyirlər yazırlar. Heç bir senzura yoxdur. Heç bir redaktor verilən məqalə üçün məsuliyyət daşımır. Bundan artıq söz azadlığı ola bilərmi?
- Amma Tomas Hammerberq başqa fikirdədir. Deyir ki, hakimiyyət tənqidi fikir söyləyən jurnalisti istənilən zorakılıqdan daha yaxşı qorumalıdır. Və belə hərəkət edənlər lazımi cəzasını almalıdır.
- Biz Avropa ölkələrinə çox aludə olmuşuq. Hammerberqin dedikləri öz ölkələrinə aiddir. Heç bir insan haqqı olmayan Ermənistandan da aşağı səviyyədəyik bu hesabata görə. Belə hesabatlara o qədər də aludə olmaq lazım deyil. Bunlar hamısı siyasi oyunlardır. Siyasi alver məqsədi daşıyır. Azərbaycana təsir vasitəsidir. Mən bu insanlarla çörək də kəsmişəm. Mən beynəlxalq təşkilatların nümayəndələri Azərbaycanda olanda onlarla görüşmüşəm. Bu insanların rəsmi danışıqları ilə insanla təmasda olarkən apardığı polemikalar arasında göydən yerə qədər uçurum var. Biz azad sözdən danışırıq. Görün kimi tənqid edirik? Bu gün 24 milyard Neft Fondunda pul saxlayan bir dövləti, büdcəni 12 milyarda çatdıran bir prezidenti. Biz bu ölkənin prezidentinin istefası üçün küçələrə çıxırıq. Daha demirik ki, hakimiyyəti ələ alıb, bir il qoruya bilmədilər. Azərbaycanın xaricdə saxlanılan 22 kiloqram ilan zəhərinə yiyə dura bilmədilər. Bu gün biz bir ölkə haqqında fərqli-fərqli düşünürük. Mən onlarla görüşəndə onlara sübut etmək istəmişəm ki, sizin yazdıqlarınız, bu hesabatlar düz deyil. Gedək yerlərdə baxaq. Özü də gizli gedək. Qapını açıb, evə girək. Bu gün deyirlər ki, Azərbaycanda müxalifət istənilmir. İnanın ki, müxalifəti ən çox biz görmək istəyirik. Biz güclü müxalifət istəyirik. Çünki, bizim, iqtidarın gücü də bununla ölçülür. Ancaq çox təəssüflər olsun ki, bu gün Azərbaycanda olan müxalifət ambisiyalıdır. Heç özləri bir-biri ilə yola getmirlər. Biri ana müxalifət, biri ata müxalifət, biri nənə müxalifət, nə bilim özlərinə cürbəcür adlar qoyublar. İstədikləri şəkildə də Azərbaycana qara yaxırlar. Guya ki, onlara meydan verilmir. Hazırda ATƏT-in Bakıdakı səfiri də işə qarışıb. İndi Bakı şəhərinin 11 rayonunda hər yerdə sərbəst toplaşmaq üçün imkanlar veriləcək. O ki qaldı məhkəmələrə, səhvsiz cəmiyyət ola bilməz. Bu yaxınlarda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Konstitusiya Məhkəməsi haqda tənqidlə çıxış etdi. Bunu ki, müxalifət etməyib. Bunu hökumət etdi, dövlət etdi. Siz elə bilirsiniz ki, biz bu barışmazlıqlarla razılaşırıq? Və ya biz buna göz yumuruq? Bu yaxınlarda biz məhkəmələri təsdiqlədik. Bu nəyi göstərir? 90-a qədər hakim işdən qovulub. Necə qovulub? Nəyə görə? Yəqin ki, əyintilərə, rüşvətxorluğa yol verib. Günahı olmayan insanları həbsxanalara atıblar. Bütün bunlara görə cənab prezident onları yenilədi.
- Yevda müəllim, dediz ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Konstitusiya Məhkəməsi ilə bağlı kəskin çıxış edib. Siz bununla bağlı tədbirdə iştirak etmisiz, yoxsa rəsmi mətbuatdan məlumat almısız?
- Mən tədbirdə iştirak etməmişəm. Mən də sizin kimi kompyuteri, interneti izləyirəm. Azərbaycan vətəndaşı kimi qəzetləri alıram. İnformasiyalar əldə edirəm.
- Sadəcə, bilmək istəyirdim ki, məlumatı haradan almısız? Çünki bununla bağlı bircə yerdə, müxalifət mətbuatında məlumat getmişdi, o da adı çəkilməyən mənbəyə istinadən.
- Mən müxalifəti də izləyirəm. Çünki insan güzgüyə baxmaq istəyir ki, özündə səhv varsa onu görsün. Mən müxalifət qəzetlərinə də, iqtidar qəzetlərinə də baxıram. Müəyyən bir orta məxrəcə gəlirəm.
«DEMİRƏM Kİ, HƏR ŞEY 90 FAİZ DÜBBƏDÜZDÜR, KORRUPSİYA DA VAR…»
- Bax bir qədər əvvəl dediniz ki, nahaq yerə insanları həbs ediblər və səhvlər olduğuna görə hakimi işdən çıxarıblar (sualı yarımçıq kəsir)…
- Mən demirəm ki, Azərbaycanda hər şey 90 faiz dübbədüzdür. Bu mümkün deyil. Korrupsiya da var, ayrı-ayrı məmurlar tərəfindən rüşvətxorluq halları da var, işinə yaraşmayan, yalnız kreslo tutan adamlar da var. biz özümüz onları parlamentdə tənqid edirik. Bəyəm orada olan müxalifət deputatları bilmirlər? Orada hər kəs bir-birini yaxşı tanıyır. Biz hakimiyyətin qoruyucusu deyilik. Hammerberq parlamentə gəlsəydi, ona bizə gələn məktubları göstərərdik və məlumat verərdik ki, biz Ali Məhkəmənin qarşısında, Konstitusiya Məhkəməsinin qarşısında, Ombudsman Aparatı qarşısında məsələ qaldırırıq, bəzi məsələlərdə cənab prezidentə də müraciət edirik. İnsanların tapdalanmış hüquqlarının bərpasına çalışırıq.
- Yevda müəllim, deputat kimi şikayətlərin çoxunun məhkəmələrdən olduğunu deyirsiz. Hesab edirsizmi ki, məhkəmələrdə köklü islahatlar aparılmalı, məhkəmə sistemi dəyişdirilməlidir?
- Sistem dəyişilib. Qanun da Avropa qanunlarına ekvivalent olan qanundur.
«BU MENTALİTET VARSA, 10 MİN DOLLAR MAAŞ DA VERSƏN ADAMLAR DÜZƏLMƏYƏCƏK»
- Bəs niyə məhkəmələrdən şikayət çoxdur?
- İnsanların qanında, canında sovet mentaliteti hələ də qalır. Bizə təklif edirlər ki, gəlin bunların maaşlarını qaldıraq gözləri digər məsələlərdə qalmasın. Bunların qanında, canında, ana bətnindən, atanın onurğa sütunundan gətirdiyi bu mentalitet varsa, inanın ki, bunlara ayda 10 min dollar maaş da versən, həmin adamlar düzəlməyəcək.
- Deməli, siz burda günahı mentalitetdə görürsünüz?
- İndi xaricdə təhsil alan tələbələrimiz bir müddət sonra qayıdacaqlar. Bu insanlar Avropa təhsil sistemini görüblər. Avropa mentalitetini artıq öyrəniblər. Bu insanlar qayıdacaq, Azərbaycanın gələcəyi bu insanların əlində olacaq. Bizim dediyimiz o cəmiyyət qurulacaq. Amma ideal cəmiyyət olmur. Bunu ancaq xəyallarda qurmaq olar.
«ƏKSİNƏ AVROPA BİZDƏN ÖYRƏNMƏLİDİR»
- Dinləyici yazır: «Nə qədər ki, yurdumuzda demokratik, azad, ədalətli seçki keçirilməyib, ciddi irəliləyişlərdən söhbət gedə bilməz. Əks halda görüntü xatirinə fikirləşib nəsə addım atmalı olacaqlar. Bu da heç nəyi dəyişmir».
- Bu adam bizim bölgədə yaşasaydı belə danışmazdı. Mən xahiş edərdim ən yuxarı instansiyalar bu insanı seçki komissiyasına üzv qoysunlar. Orada heç bir səs oğurlanmır. Bu gün Azərbaycanda seçki sistemi elə qurulub ki, Avropanın çox təriflədiyi sistemdən də üstündür. Əksinə onlar bizdən öyrənməlidirlər. Bizim onlardan öyrənməyə ehtiyacımız yoxdur. Mən başqa ölkələrdə seçkilərdə olmuşam. Görmüşəm hansı oyunlardan çıxırlar.
«MƏNİM MÜXALİFƏTÇİ DEPUTATLARLA OTURUB-DURMAĞIM ÇOXUNUN XOŞUNA GƏLMİR»
- Dinləyici yazır: «Yevda müəllim, deyirsiz ki, güclü müxalifət istəyirsiz. Necə istəyirsiz ki, küçədə iki adamı bir yerdə görəndə onları ayırmağa çalışırsız?»
- Mənim ən yaxşı dostlarım bu gün parlamentdə olan müxalifətçi deputatlardır. Mən onlarla oturub dururam. Bəlkə də bu bir çox insanların xoşuma gəlmir. Amma mən çəkinmirəm. Seçkilərdə bu insanlar mənimlə opponent olublar. Mən seçiləndən sonra özləri də dedilər ki, elə Yevda müəllim, sən layiqsən ora. Belə bir məsəl var, şeytan o qədər də qorxulu deyil, nə qədər ki, onun haqqında danışırlar. Müxalifətin nə qorxusu var bəyəm? Mən şəxsən müxalifətdən qorxmuram və ya çəkinmirəm. Amma müxalifət adına layiq müxalifət olsun. Siyasi daltonik olmasın. Ağı qara deyəndə artıq o müxalifət deyil. Necə ola bilər ki, bu ətrafda gedən prosesləri bu insanlar görməsinlər? Yeni Azərbaycan görmək istəyirlər. Bizə elə bu Azərbaycan da bəsdir.
- Yevda müəllim, onlar yeni Azərbaycan deyəndə siyasi mühitin dəyişməsini istəyirlər.
- Siyasi mühit çox dəyişib. Bu gün bizim prezident öz təhsili ilə, dünyagörüşü ilə daha Qərbyönümlüdür. Amma bir şey var. İngiltərə siyasətinin belə bir izahı var. Deyir əbədi dostlar olmur, əbədi maraqlar olur. Hər kəs öz ölkəsinin maraqlarını güdür. Avropa bizə mühazirə oxuya bilməz. Biz balaca uşaq deyilik ki, ölkələr bizim qulağımızdan tutub, stadiondan çıxarsın, oyundan kənar vəziyyətə qoysun. Biz müstəqil dövlətik. Öz daxili və xarici siyasətimizin sahibiyik. Biz heç bir ölkənin daxili işlərinə qarışmırıq. Biz heç demirik ki, Avropa bağçalarında uşaqlar necə qətlə yetirilir. Avropada universitetlərə girib insanları güllələyirlər.
- Yevda müəllim, Azərbaycanda da ali məktəblərdən birində ötən il qətliam olub.
- Mən bilirəm, bu bir terrordur. Amma görün Hollandiyada, İngiltərədə qəbul olunan qərarlar insanların hüquqlarını nə qədər tapdalayır. Bizi də, parlamenti də məcbur edir ki, bu qərarlar Azərbaycana gətirilsin. «Məişət zorakılığı haqqında» qanun cəmiyyətin sosial sifarişi idi bəyəm?.. Təki bütün dünyanın ailə institutları Azərbaycandakı kimi oturuşmuş olaydı.
- Dinləyici yazır: Sizin fikirləriniz iqtidara xoş gəlmək fikrindən uzağa getmir.
- Mən çox şad olardım ki, sizə yazan insanlarla bir dəfə açıq şəkildə söhbət edək. Mən ümumiyyətlə, iqtidara xoş gəlmək mənasında bu sözləri demirəm. Mən heç kommunist partiyasının üzvü olmamışam. Amma ulu öndər hakimiyyətə ikinci dəfə gələndən sonra gördüm ki, bu insan tamamilə başqa cürdür. Bu insan Azərbaycanı bataqlıqdan xilas etmək istəyir. Mən deputat olmaq üçün bu partiyaya üzv olmamışam. Amma çox təəssüf olsun ki, bu yazanlar məni düzgün başa düşməyiblər, məni iqtidara yarınmaq üçün belə danışdığımı düşünürlər. Mənim özümü iqtidara nümayiş etdirmək üçün heç bir arzum, düşüncəm yoxdur.
/Hazırladı: Kamran Mahmudov/