Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 10:17

Avropa Şurası siyasi məhbuslarla bağlı vahid kriteriyalar hazırlayır


Çingiz Qənizadə
Çingiz Qənizadə
«Avropa Şurası Parlament Assambleyası hazırda siyasi məhbus kriteriyalarını müəyyənləşdirir».

AŞPA-nın yay sessiyasında iştirak edən Demokratiya və İnsan Hüququları Komitəsinin sədri, Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvü Çingiz Qənizadə iuynun 24-də «Media forum» saytına açıqlamasında belə deyib.

Hüquq müdafiəçisinin sözlərinə görə, AŞPA komitələri siyasi məhbusları müəyyənləşdirəcək vahid kriteriyaları müzakirə edir və sonda məsələylə bağlı qərar verəilcək.

Ç.Qənizadə bildirib ki, yay sessiyası çərçivəsində Avropa Şurasının insan hüquqları üzrə ali komissarı Tomas Hammarberq, komissarlığın əməkdaşları Anna Veber, Nadejda Sokolova, AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasser, Avropa Şurası Nazirlər Komitəsinin Aqo Monitorinq Qrupunun rəhbəri Stelian Stonian, İşgəncələrə Dair Avropa Komitəsinin sədri Petya Nersterova, Avropa Şurası Venesiya Komissiyasının yeni baş katibi Tomas Marketlə görüşüb. Görüşlərdə Azərbaycandakı ictimai-siyasi durum, parlament seçkisiöncəsi vəziyyət və seçkilər, Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun ölkənin hüquq mühafizə orqanları ilə əlaqə və münasibətləri müzakirə olunub.

Siyasi məhbuslar üzrə məruzəçi Kristofer Ştrasserlə görüşdə onun Azərbaycana səfəri məsələsinə toxunulub: «Məruzəçi bildirdi ki, AŞPA siyasi məhbus sayılan şəxslərlə bağlı vahid kriteriyaları müəyyənləşdirəndən sonra, sentyabr-oktyabr aylarında Azərbaycana səfər etməyi planlaşdırır. Lakin bunun dəqiq tarix olmadığını dedi. Bildirdi ki, məsələni AŞPA rəhbərliyi ilə razılaşdırmalıdır. Açığı, mən səfərin payızda baş tutacağına inanmıram. Məruzəçi indiyədək Azərbaycana gəlməməsini heç nə ilə izah edə bilmədi. Səfərinə Azərbaycan hökumətindən heç bir maneçilik törədilmədiyini dedi».

Görüşlərdə 2000-ci ilədək barələrində ölüm hökmü verilmiş, sonradan cəzaları ömürlük həbslə əvəzlənmiş məhbusların problemi də müzakirə olunub. AŞPA rəsmiləri bildiriblər ki, qurum 2007-ci ildə belə məhbuslarla bağlı 1545 saylı qətnamə qəbul edib:

«Onlar hesab edirlər ki, Azərbaycan qətnamənin tələblərini yerinə yetirməli və bu məhbusların cəzasını dəyişdirərək daha yüngül cəza verməlidir».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG