Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:03

ABŞ tutulanların arasında Rusiya vətəndaşları da var


ABŞ da casusluq ittihamıyla həbs edilən 10 nəfərin arasında Rusiya vətəndaşları da var və onlar amerikanın maraqlarına ziyan vuran heç nə etməyiblər.

Rusiya Xarici İşlər Nazirliyinin iyunun 29-da yaydığı sonuncu bəyanatda belə deyilir. Nazirlik ABŞ tərəfini həbs edilənlərə Rusiya konsulluğunun nümayəndələri il əgörüş və vəkil imkanı yaratmağa çağırıb.

Amerikanın Federal Təhlükəsizlik Bürosu Bazar ertəsi élan edib ki, 10 ildən çoxdur ki, Rusiyaya casusluq edən bir şəbəkənin 10-a yaxın üzvünü həbs ediblər. 1-i də axtarışdadır.

Bu arada Kipr polisi də bu dəstəyə aid olduğu iddia olunan bir nəfəri həbs elədiyini deyib. ABŞ onun təhvil verilməsini istəyir, amma həmin şəxs zaminə buraxılıb.
XS
SM
MD
LG