Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:49

Pirat Partiyası olan şəhərdə pirat məhkəməsi


İyun ayında Almaniyaya gətirilmiş piratların məhkəməsi payızda başlanacaq
İyun ayında Almaniyaya gətirilmiş piratların məhkəməsi payızda başlanacaq
...Hamburq limanının əlverişli yeri piratları həmişə cəlb edib. Limanın özünün də piratlara münasibəti pis olmayıb.

Şəhər parkında Hamburqun ən məşhur piratı Klaus Stoertebekerin heykəli ucalır. Bu pirat 14-cü əsrdə yaşayıb.

PİRAT MƏHKƏMƏSİ


...Pirat obrazının belə ideallaşdırıldığı Hamburq limanında indi pirat məhkəməsi olacaq.

Piratların sonuncu məhkəməsini bu şəhər düz 400 il qabaq görüb.

İndiki məhkəməyə həqiqi piratlar çıxarılacaq. Bunlar Somalidən olan 10 dəniz quldurudur. Onlar aprel ayında Almaniyanın yük gəmisini tutmaqda, gəminin heyətini girov götürməkdə günahlandırılır.

Şəhər parkında Stoertebekerin heykəli
Quldurların bəxti yalnız onda gətirib ki, alman dənizçilərə əsirlikdə heç nə olmayıb.

Somali quldurlarını Hollandiyanın hərbi gəmisi tutub.

Hamburqda əsil pirat məhkəməsinin keçirilməsi şəhər sakinlərinin ideallaşdırdığı pirat obrazını laxladıb.

Hamburqlu kitabxanaçı Brita Nubur deyir: «Piratlıq o qədər ideallaşdırılıb ki, Pirat partiyası yaradıb, 2008-ci ildə yerli seçkilərə getdilər. Biz başa düşə bilmirdik, bu, zarafatdır, teatrdır yoxsa nədir. Partiya liderləri hamburqluların ideallaşdırılmış pirat obrazını istismar etmək istəyirdilər. Onlar deyirdilər ki, pirat kimi azaddırlar, bütün sıxışdırma formalarının əleyhinə çıxırlar. Deyirdilər ki, onlara səs versələr, hamını pivəyə qonaq edəcəklər».

Şəhər parkında heykəli qoyulan Stoertebekerin özü də gəmiləri soymaqla məşğul olub. Hərçənd onun haqqında hörmətlə deyirlər ki, pulları öz yoldaşları ilə bərabər bölürmüş.

Somali piratları Keniya məhkəməsində
Həmin Stoertebeker əvvəlcə İsveç kralına işləyirmiş, sonra nəzarətdən çıxıb, müstəqil olanda tutub, boynunu vurdular. Bu hadisə 1400-cü ildə olub.

RUSİYA PİRATLARI BURAXDI


İndiki piratlar ətrafında da maraqlı hadisələr olur. Hamburqda məhkəməsi olacaq piratları Afrika sahillərində tutanda, Keniyaya gətirib, burda məhkəmə qurdular.

Ancaq belə məhkəmələrdən bezən Keniya hakimiyyəti qərar verib ki, kimin gəmisinə ziyan dəyib, məhkəmə o ölkədə olmalıdır. İndiki məhkəmə ona görə Almaniyada keçirilir.

Keniya eyni qayda ilə Rusiya gəmisinə hücum edən Somali piratlarını Rusiyaya verəndə isə Rusiya piratları yenə açıq dənizə buraxdı.

İyun ayında Almaniyaya gətirilmiş piratların məhkəməsi payızda başlanacaq. Əgər onlar günahkar bilinsə, Almaniya qanunlarına görə quldurları 15 iləcən həbs cəzası gözləyir.

Hollandiya Hərbi dəniz qüvvələrinin xüsusi təyinatlı dəstəsi Almaniya gəmisini dəniz quldurlarından necə azad etdiyi barədə videogörüntülərə burada baxa bilərsiniz:
XS
SM
MD
LG