"The New York Times" qəzeti yazır ki, ABŞ terrorçu təşkilarlara zərbələr vurmaq üçün İran, Səudiyyə Ərəbistanı, Somali və başqa ölkələrdə gizli hərbi əməliyyatların efektivliyini artırmaq haqda qərar qəbul edib.
Hökumət bu haqda qərarı da məxfi qəbul edib.
Əsas hədəf əl-Qaidə və başqa terrorçu təşkilatlardır.
Qəzet yazır ki, adının açıqlanmasını istəməyən Amerika rəsmilərinə görə, ABŞ ordusunun komandanı, general Petreus keçən il sentyabrın 30-da kəşfiyyat materiallarının toplanması üçün gizli hərbi əməliyyatların artırılması haqda direktiv imzalayıb.
Direktivə görə, Amerikanın xüsusi təyinatlı dəstələri Yaxın Şərqdə, Mərkəzi Asiyada və Afrikanın Şərqinə - həm ABŞ-a dost, həm də düşmən olan ölkələrə göndərilə bilər. Buraya
AMERIKA İLƏ DÜŞMƏN MÜNASİBƏTLƏRİ OLAN İRAN DA DAXİLDİR
Nə Amerikanın Müdafiə Nazirliyi, nə də Ağ ev məqaləni şərh ediblər. Amma qəzet adının açıqlanmasını istəməyən rəsmiyə istinadla yazır ki, gizli direktivin məqsədi məxfi şəbəkə yaratmaqdır. Həmin şəbəkənin məqsədi ektremist təşkilatların yerini müəyyən etmək, onları içindən dağıtmaqdır.
Bundan ötrü xüsusi təyinatlı kiçik dəstələrdən istifadə olunması nəzərdə tutulur. Belə əsgərlərdən ibarət dəstələr Amerikanı hədəf alan terrorçu təşkilarlar haqda düşmən, yaxud dost ölkələrin ərazisində daha dəqiq kəşfiyyat məlumatları toplamalıdır.
Belə dəstələrə müxtəlif ölkələrdə yerli dissident qruplarıyla əlaqə qurmaq icazə verilib. Məqsəd həmin düşmən ölkələrə, yaxud onların daxilindəki terrorçu təşkilarlara gələcək hərbi zərbələr endirilən zaman bundan yararlanmaqdır.
"The New York Times" yazır ki, İranda belə əməliyyatların keçirilməsinə icazə verməklə ABŞ Tehranın mübahisəli nüvə proqramı haqqında da əlavə məlumat toplamağa çalışır.
Amma yeddi səhifəlik direktiv
HANSISA ÖLKƏYƏ HƏRBİ ZƏRBƏLƏR ENDİRMƏYƏ İCAZƏ VERMİR
Bəzi Pentaqon rəsmiləri isə narahatdır ki, gizli əməliyyata göndərilən əsgərlər ələ keçə bilər. Belə olduqda düşmən ölkələr onlarla casus kimi davrana bilərlər, yəni həmin əsgərlərin haqlarını Cenevrə konvensiyası ilə bir əsir kimi müdafiə etmək mümkün olmaz.
"The New York Times" yazır ki, gizli direktivin həyata keçirilməsi istiqamətində ilk addımları Yəməndə müşahidə etmək olar. Əl-Qaidənin çox gücləndiyi və xarici səfirliklərə qarşı hücumlar təşkil etdiyi həmin ölkədə ABŞ-ın hərbi əməliyyatları artmaqdadır.
Yəməndəki ABŞ əsgərləri Yəmən ordusu ilə əməkdaşlıq edir. Amerika gəmilərdən bu ölkədə terrorçuların gizləndiyi zonalara raket zərbələri endirib. Bundan başqa ABŞ Yəmən ordusunu silahlandırmaq üçün 155 milyon dollar xərcləyəcək. Yəmən ordusuna zirehli maşınlar, vertolyotlar və avtomatlar veriləcək.