Keçid linkləri

2026, 20 Fevral, Cümə, Bakı vaxtı 02:12

Emin Milli 3 günlük azadlıqdadır

Emin Milliyə atasının hüzn mərasimində iştirak etmək üçün 3 günlük icazə verilib.

Bu baradə AzadlıqRadiosuna Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Mehman Sadıqov deyib.

Emin Milliyə iyunun 29-dan etibarən 3 gün ərzində Neftçalada atasının yas mərasimində borcunu yerinə yetirmək üçün məzuniyyət verilir.

Emin Millinin atası Paşa Abdullayev iyunun 29-da 75 yaşında vəfat edib. O, Neftçala rayonunun Oryat kəndində dəfn olunub.
XS
SM
MD
LG