Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:12

FİFA prezidenti İngiltərə və Meksika yığmalarından üzr istəyib


FİFA prezidenti Zepp Blatter hakimlərin kobud səhvlərinə görə İngiltərə və Meksika yığmalarından üzr istəyib.

Almaniya ilə qarşılaşmada komandası 1:2 hesabı ilə uduzduğu vaxt İngiltərə yığmasının futbolçusu Frenk Lempardın qapı xəttini keçən zərbəsini hakimlər briqadası qol kimi qeydə almayıb. Görüş Almaniyanın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Meksika ilə qarşılaşmada isə Argentina millisinin futbolçusu Karlos Tevesin oyundankənar vəziyyyətdən vurduğu qol qeydə alınıb. Oyun Meksikanın 1:3 hesablı məğlubiyyəti ilə nəticələnib.



Blatter FİFA rəhbərliyinin növbəti görüşündə videotəkrarların tətbiqinin mümkünlüyünü müzakirə edəcəklərini də bildirib.


XS
SM
MD
LG