Belçikanın dövlət katibi Oliviye Şastel bəyan edib ki, Belçika Avropa Birliyinə sədrliyi dövründə onun genişlənməsini, Xorvatiya, İslandiya və Türkiyənin birliyə üzvlüyünü dəstəkləyəcək.
Belçika iyulun 1-dən Avropa Birliyinə sədrliyi İspaniyadan təhvil alacaq. Yanvarın 1-də isə bu missiyanı Macarıstana təhvil verəcək.
Şastelin macarıstanlı həmkarı Eniko Qyori də bildirib ki, Macarıstanın sədrliyi dövründə birliyin Xorvatiya ilə üzvlük haqqında müqavilə bağlayacağına ümid edir.
Xorvatiya 2012-ci ilədək Avropa Birliyinə üzv olacağına ümid edir.