Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:40

Hammerberqin Azərbaycanla bağlı hesabatı iyunun 29-da açıqlanacaq


Avropa Şurasının (AŞ) İnsan Hüquqları üzrə Komissarı Tomas Hammerberqin Azərbaycanla bağlı hesabatı iyunun 29-da açıqlanacaq.

Bu barədə AŞ-nın rəsmi internet səhifəsində məlumat yerləşdirilib.

Hammerberq martın əvvəllərində Azərbaycanda səfərdə olub, prezident, Daxili işlər, Ədliyyə naziri və baş prokurorla görüşüb. Görüşlərdə mətbuat azadlığı, hüquq mühafizə orqanlarının fəaliyyəti və QHT-lərin durumu əsas müzakirə mövzusu olub.

T. Hammerberq insan hüquqları üzrə komissar kimi iki dəfə Azərbaycanda səfərdə olub.
XS
SM
MD
LG