Keçid linkləri

Təcili xəbərlər
2021, 28 İyul, çərşənbə, Bakı vaxtı 14:28

Çaves ABŞ-la mübarizədə birləşməyə çağırıb


Venesuela prezidenti Uqo Çaves Latın Amerika və ərəb ölkələrinin liderlərini Amerika imperializmi və artmaqda olan kapitalist maraqlarına qarşı mübarizədə birləşməyə çağırıb.

O belə bir bəyanatla Karakasda Suriya prezidenti Bəşir Əsədlə görüşdə çıxış edib.

Bundan əvvəl Suriyada birgə neftayırma zavodunun tikintisi də daxil olmaqla İki ölkə arasında bir sıra razılaşmalar imzalanıb.

Uqo Çaves Birləşmiş Ştatların ən sərt tənqidçilərindən biridir.
XS
SM
MD
LG