Keçid linkləri

2025, 13 May, çərşənbə axşamı, Bakı vaxtı 15:08

Amerikalı admiral Əfqanıstana gedib


ABŞ Silahlı Qüvvələri qərərgah rəisləri birləşmiş komitəsinin rəhbəri admiral Maykl Mallen Əfqanıstana gedib.

O ölkə rəhbərliyi ilə Əfqanıstandakı koalisiya qüvvələrinin baş komandanı general Stenli Makkristalın istefasından sonra yaranmış vəziyyəti müzakirə edəcək.

Mallen prezident Həmid Kərzaini əmin eləmək istəyir ki, Makkristalın istefası beynəlxalq qüvvələrin strategiyasını dəyişməyəcək.

Makkristalın yerinə general Devid Petreus təyin edilib.
XS
SM
MD
LG