Keçid linkləri

2026, 12 Aprel, bazar, Bakı vaxtı 17:58

Böyük 8-lik Kanadaya toplaşır

İyunun 25-də dünya liderləri Kanadaya toplaşır, iqtisadi məsələləri müzakirə edəcəklər. ABŞ dünya iqtisadiyyatının bərpası üçün stimullaşdırma tədbirlərinin davam etdirilməsində israrlıdır.

Böyük 8-lik liderləri bank sektorunda islahatları da müzakirə edəcəklər. Onlar paytaxt Torontodan 200 kilometr şimalda görüşəcək.

Bu arada sammitlə əlaqədar Torontoda təhlükəsizlik tədbirləri gücləndirilib. 8-lik ölkələrinin görüşündən dərhal sonra Torontoda Böyük 20-liyin sammiti keçiriləcək.

Dünən polis Torontoda bir nəfəri həbs edib, onda silah hazırlamaq üçün material aşkarlanıb.
XS
SM
MD
LG