ƏVVƏLİ BURDA
Strukturalizm
Əsrimizin ortalarında bir çox tənqid nəzəriyyələrinin süqutu 60-cı illərdən başlayaraq, yeni bir fəaliyyət istiqamətinə meydan açdı ki, o da "strukturalizm" adı ilə məşhurdur.
Struktur (semiotik) təhlillərdə dilin təsiri və ya nəticələri (yəni dilin kommunikativ funksiyası) əvəzinə, dil və mənanın üstünlüyünü, ilkinliyini təmin edən şərtlər araşdırılırdı.
Rolan Bartın yazdığı kimi, "strukturalistin fəaliyyəti mənanın necə meydana çıxdığını aydınlaşdırmağa yönəlmişdir”.
Strukturalizm XX əsrdə dilçilik sahəsində baş vermiş böyük inkişaf nəticəsində meydana gəlmişdir. Bu məktəbin başında Ferdinand de Sösür dayanır.
Sösür bu nəzəriyyəni "semiologiya (semiology) və ya "cəmiyyətdə işarələrin təkamülü və dəyişməsini öyrənən elm" adlandırırdı.
Semiologiya özünəməxsus dil formalarının mənşəyini və ya tarixini öyrənmək əvəzinə, belə bir məsələni aydınlaşdırmağa çalışır ki, dil elementləri necə bir-birinə bağlanır və bizim anladığımız mənanı yaradır.
Sösür başqa mühüm bir xüsusiyyəti də bura əlavə edib bildirir ki, semiologiyada hər bir işarə "svetofor" kimidir, yəni bir bilgini çatdırmaq üçün şərti işarədir.
Başqa sözlə, bütün dil elementləri zahirən olduqlarından fərqli bir mahiyyət kəsb edə bilərlər. Məsələn, “yaşıl" həm "dayanmaq", həm də "getmək" işarəsi ola bilər.
1950-ci illərin əvvəllərində Klod Levi-Stross semiologiyanı antropologiyaya tətbiq etməklə, strukturalizmin yeni bir formasını yaratdı.
Strukturalizmin bu forması XX əsrin ədəbi tənqidinə güclü təsir göstərdi və 60-70-ci illərdə tənqid nəzəriyyələrinin əsasını təşkil etdi.
Onu da deyək ki, ilk dövrdə strukturalizm Amerika və Avropa tənqidçilərinin son dərəcə kəskin münasibəti ilə qarşılaşdı.
Bütövlükdə belə hesab olunurdu ki, bu metod ədəbiyyatı bütün parametrləri baxımından sırf "elmi" şəkildə öyrənmək iddiasındadır.
Bu cür yanaşma isə bir çoxlarının fikrincə, hər halda antihumanist səciyyə daşıyırdı və onun Qərbin liberal etik dəyərləri ilə bir əlaqəsi yox idi. İngilislər və amerikanlar strukturalizmi nəinki antihumanist bir şey sayırdılar, hətta belə hesab edirdilər ki, o, Fransadan idxal olunmuş bir sürprizdir və eqoistcəsinə, kor-koranə şəkildə yabançı düşüncəyə pərəstiş edən bir qrup ziyalının qəribə əyləncəsindən başqa bir şey deyildir.
Hər halda sonralar, 1975-ci ildə "Yeni Dil Cəmiyyəti" ədəbi araşdırmalar sahəsində illik Lovell mükafatını Conatan Kallerin "Strukturalist metod" kitabına verdi və ingilis-amerikan Akademiyası da strukturalizmi funksional tənqidin metodlarından biri kimi tanıdı (əlbəttə, heç də bütün tənqidçilər və oxucular bu fikirdə deyildi).
İndi dönub geriyə baxanda, aydın olur ki, 1960-cı illərdə strukturalizmin və semiotikanın meydana gəlməsi bütün digər funksiyaları ilə yanaşı, müasir nəzəriyyələrin bir-birinə qovuşmasına şərait yaradan sahəni də işıqlandırırdı. Strukturalizm və semiotika faktiki olaraq, elə bir zəmin yaratdılar ki, yalnız ona "nəzəriyyə" demək mümkündur.
Belə ki, onlar mənanı və mənanın dəyişkən şəraitini öz tədqiqat predmeti kimi seçməklə XX əsrin ədəbiyyatşünaslıq, fəlsəfə, tarix, dilçilik, psixologiya və antropologiya kimi humanitar və sosial elmlərindən yüksəyə qalxdılar və bütün bu sahələr 60-cı illərin sonlarından ədəbiyyat nəzəriyyəsinə birbaşa təsir göstərdilər.
Ədəbi tənqiddə strukturalizm formalizmlə sıx surətdə bağlıdır.
Hər iki hərəkatın əsas məqsədi ədəbi təhlildə formanı məzmunun yerinə qoymaq və təcrübi metodlara bənzər universal metodlar işləyib hazırlamaqdan ibarətdir.
Strukturalizmin özundən doğan məhdudiyyətlər, xüsusən onun ötəri dəyişikliklərə fikir verməməsi və ayrı-ayrı hallar əvəzinə ümumi qanunauyğunluqlara diqqət yetirməsi 60-cı illərin sonlarında daha aydın görünməyə başladı.
Fransız filosofu Jak Derrida bu barədə ciddi və kəskin tənqidlə çıxış etdi.
Levi-Strossun struktur antropologiyasına əsaslanan humanitar araşdırmaları tənqidə tutan Derridanın fikrincə, strukturalizm – Qərbin strukturun əsası barədə ənənəvi uzaqgörməzliyinin təzahürü və strukturun bir anlayış kimi nəzəri və ideoloji xususiyyətlərini dərk etməyə meyl göstərməməsinin nəticəsidir.
Onun sözlərinə görə, strukturu araşdırmaq cəhdi strukturdan kənar və uzaq bir yerdə dayanmaq imkanını tələb edir.
Yəni kimsə mədəni idrak çərçivəsindən kənarda dura və mədəniyyətə heç bir bağlılığı olmayan bir baxışa malik ola bilməlidir.
Derrida yazır ki, heç vaxt kimsə mədəniyyətə üstün gələ bilmədiyi və heç kəs onu kənardan araşdırmağa qadir olmadığı üçün, strukturdan asılı olmayan heç bir müstəvi yoxdur. Strukturun obyektiv araşdırılması qeyri-mümkündür.
Nəticədə, Derridaya görə, strukturların oxunuşuna və mədəni şərhinə hər hansı cəhdi bütünlüklə dəqiq elmi modellərə çevirmək olmur.
Beləliklə, əgər strukturu parçalamaq və öyrənmək mümkün deyilsə, onda strukturalizm də bir iş metodu kimi öz cəmərəliliyini itirir.
Derrida belə bir fikir irəli sürür ki, strukturalizm əvəzinə mətnlərin fərqlərinin qarşılıqlı əlaqəsini dərk etmək lazımdır.
O şeyi ki, Derrida və başqaları “struktur sintez” adlandırırlar.
Poststrukturalizm
Postrukturalizm xeyli dərəcədə «dekonstruksiya» adlanan və strukturalizmin tənqidi zamanı Derridanın irəli sürdüyü fəlsəfi metodun nəticəsi və məhsuludur.
Dekonstruktiv tənqid təfəkkürün əsasları sayılan təsəvvürlərin tədqiqi və yoxlanılmasına çalışır ki, bu yolla həmin əsasların söykəndiyi aşkar həqiqətləri araşdırmaq və öyrənmək mümkün olsun.
Məfhumi «məhudiyyətlər»in düzgünlüyü də onunla ölçülür ki, bu, həm mövcud şəraitin dərkinə, həm də onun ehtiyaclarının başa düşülməsinə kömək edir.
Dekonstruktiv tənqid idrak üçün bir metod axtarmaq əvəzinə, mövcud və ya dəyişmiş modellərlə yeni bir hadisənin yaradılması (quraşdırılması) üçün metod axtarışındadır və həmin modellərin, eləcə də onların məhdudiyyətlərinin əsası sayılan ümumi qaydaları tapmağa çalışır .
Ədəbi tənqid sahəsində dekonstruksiya oxunuş üçün özünəməxsus siyasət və biclik sayılır.
Derridanın sözlərinə görə, analitik oxunuş biri ümumi «üstünlük», digəri isə xüsusi «alçaqlıq» halını bildirən antonimdən ibarət fəlsəfi ierarxiyadan çıxış etmək deməkdir.
Həmin antonimlər (təzadlar) Qərb mədəniyyətində düşüncənin əksər mühüm təsnifatlarının əsasını təşkil edirlər: məsələn, həqiqət və yanlışlıq, sağlamlıq və xəstəlik, kişi və qadın, təbiət və mədəniyyət, fəlsəfə və ədəbiyyat, danışıq və yazı, ciddilik və zarafat.
Conatan Kaller dil qarşıdurmasının belə bir nümunəsini verir: dilin «fundamental» (constative) aspekti (yəni düzgün və ya yanlış məfhumların əsas toplusu) dilin «əməli» (perfomative) tətbiqinə (yəni dildən istifadə üçün obyektiv fəaliyyətə) qarşı dayanır.
Qarşıdurmanın başqa bir nümunəsi feministlərin əsərlərində verilir və o da bundan ibarətdir ki, «kişi» (man) sözünü ümumiyyətlə «insan» (human) əvəzinə, «qadın» sözünü isə yalnız müənnəs (dişi) insan fərdləri üçün işlədirlər.
Amma dekonstruksiyanın elmi siyasəti elədir ki, bu cür mühüm iyerarxiyanı tərsinə (başıaşağı) çevirir, yəni «aşağı» (alçaq) «yuxarı»nın (üstünün) üzərinə keçir və Kallerin sözü ilə desək, dilin «fundmental aspektini konkret əməli hala çevirir».
Lakin bu çevirmələrin məqsədi heç də dəyər sistemlərini dəyişdirmək deyil.
Belə ki, Derridanın sözlərinə görə, bu cür olsa, biz yalnız qarşıdurmaların əvvəlki (köhnə) sisteminə «təsdiq möhürü» vurmuş olarıq.
Amma dekonstruktiv metodda əsas səy buna yönəlib ki, «yuxarı» və «aşağı»nın əsas əlaqələri sürətlə və tələsik bir şəkildə (Derridanın təbirincə) genişlənsin və söyləmlərdə semantik bir üfüq, yəni istənilən xüsusi mənanın mövcudluğu imkanı yaransın.
Derridanın əsərlərinin ardınca meydana çıxan poststrukturalizm dövrü ədəbi tənqidin böyük bir sahəsini əhatə etmişdir.
Müasir psixoanalitik tənqid Jak Lakanın təsiri ilə artıq «fərd»i ayrıca və qüdrətli «mən» («eqo») kimi götürən ənənəvi freydist təsəvvürə diqqət yetirmir və öz fəaliyyət metoduna görə açıq-aşkar dekonstruktiv səciyyə daşıyır.
Feministlər də, o cümlədən, H.Siksous, B.Conson, Q.Spivak və J.Kristeva öz əsərlərində ədəbi mətnlərin «müzəkkər» (erkəkcəsinə) araşdırılmasına son qoymaqdan ötrü dekonstruktiv üsullardan faydalanırlar.
Marksist tənqidçilərin, xüsusən L.Altüsser, F.Ceymison, C.Ellis, R.Kovard və başqalarının fikrincə, marksist mədəniyyət əsərləri ilə dekonstruktiv tənqid arasında dərin bağlılıq vardır. Bütün bu tənqidçilər ədəbi mətnlərə yanaşmada dekonstruktiv mövqedə dayanırlar və müxtəlif bucaqlardan həmin mətnləri formalaşdıran və "dağıdan" quvvələri anlamaqa çalışırlar.
Kulturologiya
Poststrukturalizmdən sonra məna, ifadə, şərh və yozum sahəsində nəzərə çarpacaq çətinliklər meydana gəldiyi zaman bir daha ədəbi tənqidi də ehtiva edən kulturoloji araşdırmalara qayıtmağın zəruriliyi aydın oldu.
Derrida, M.Fuko, J.Lakan, M.Baxtin, J.Kristeva, Q.Spivak, F.Ceymison, J.Liotar və başqalarının da qoşulduğu bu hərəkatda belə bir fikir irəli sürüldü ki, tənqidi araşdırmalar kulturoloji araşdırmaların tərkib hissəsi və istiqamətverici elementi kimi nəzərdən keçirilməlidir.
Bunu səmərəli şəkildə reallaşdırmaq üçün, görünür, "mədəniyyət”in dəqiq tərifini də vermək lazım idi. Çünki, R.Uilyamsın yazdığı kimi, "mədəniyyət ingilis dilinin iki-üç ən mürəkkəb və çətin sözlərindən biridir".
Uilyams "Mədəniyyət" adlı kitabında yazır ki, "mədəni fəaliyyət" və "mədəni məhsul" ictimai sistemin digər strukturlarından əxz olunmuş anlayışlar deyil, əksinə, onun strukturunun mühüm və başlıça ünsürləridir. Bu cür şərhdə mədəniyyət yalnız cəmiyyət daxilindəki "agahedici ruh" deyil, Uilyamsın sözlərinə görə, "semantik bir sistemdir ki, hər bir ictimai sistem onun vasitəsilə əlaqə, yaradıcılıq, təcrübə və anlaşmaya nail olur".
Uilyamsın bu tərifi, şübhəsiz, mədəniyyətin yeganə mötəbər izahı deyil, lakin onun fikirlərindən aydındır ki, ədəbi araşdırmalar, vahid və mütəşəkkil tənqid az-çox sistemli, dəqiq və ümumi bir tərzdə "məna sistemləri"nin araşdırılıb öyrənilməsinə girişsə, öz müşahidə və metodlarını məna yaradıcılığının ən geniş sahələrinə, mədəni fəaliyyət sferasına və ümumən tədqiqat sahəsinə yaya bilər.
Doğrudan da, möhkəm dəlillər əsasında deyə bilərik ki, bütövlükdə "ədəbiyyat" adlandırılan mətnlər əsas siyasi, psixoloji və mədəni qüvvələrin uzlaşdırılması və qarşılaşdırılması üçün özünəməxsus bir məkandır.
Beləliklə, mətnlərə, dilin bütün formalarına, onun bütün məhsulları və məfhumlarına diqqət araşdırmaların təmərküz nöqtəsi və məhvəri, tənqidin təbii nəticəsi sayılır.
Bu əsasda M.Baxtin, M.Ellman, H.Siksous, B.Kristian, S.Fiş, M.Fuko və başqalarının məqalələrində göstərildiyi kimi, kulturoloji araşdırmalar siyasi, elmi, tarixi və ədəbi mövzuların ikitərəfli əlaqəsidir.
XX yüzilliyin sonundakı kulturoloji araşdırmalar əsrin əvvəllərindəki tədqiqatlardan fərqli olaraq, mədəni birlik, dəyişmə və müxtəliflik barədə son dərəcə yeni baxışlar irəli sürür. Kulturologiya müxtəlif mədəni mətnlərə və mədəni fəaliyyətin tədqiqi metodlarına xüsusi diqqət yetirir.
Bundan əlavə, kulturologiya 1970-80-ci illərdəki inkişafı gedişində "mədəniyyət" anlayışına, təzad və ideologiyaya əvvəllki bütün məktəblərdən artıq əhəmiyyət vermişdir.
Beləliklə, müasir kulturoloji araşdırmalar ideoloji, siyasi və müştərək mövzulu tədqiqatlarla birgə XX əsrin əvvəllərində modernistlərin və avanqardçıların irəli sürdüyü mədəni proqramın bir sıra məqsədlərini reallaşdırmağa nail olmuşdur.
Çevirəni: Məsiağa Məhəmmədi
"Cahan" jurnalı
Həmçinin oxu
Postmodernizm nədir?