Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:57

Amerikanın Əfqanıstandakı komandanı istefa verib


ABŞ prezidenti Əfqanıstandakı Amerika hərbi qüvvələrinin baş komandanı general Stenli Makkristalın istefasını qəbul edib. Onun yerinə general Devid Petreusu təyin edib.

Bu barədə prezident Barak Obamanın özü Makkristalla Ağ Evdə görüşdən sonra elan edib.

Generalın istefasına səbəb onun «Rolling Stone» jurnalına müsahibəsi zamanı vitse-prezident Co Bayden və ABŞ-ın Əfqanıstan və Pakistandakı xüsusi elçisi – Riçard Holbruku məsxərəyə qoyması olub.

S. Makkristal Obama ilə görüşdə dediyi sözlərə görə üzr istəyib.

ABŞ prezidenti Makkristal kimi komandanın itirilməsinin çətin olduğunu desə də, bunun milli təhlükəsizlik üçün vacib olduğunu bildirib.

Əfqanıstan prezidenti Həmid Kərzayi də Obamanın qərarını hörmətlə qarşıladığını deyib.
XS
SM
MD
LG