Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:23

35 min qaçqın-özbək evinə qayıdıb


Qırğızıstanın sərhəd xidməti qanlı iğtişaşdan sonra 35 min qaçqın-özbəyin geri qayıtdığını açıqlayıb.

İyunun 10-da Qırğızıstanın Oş və Calal-Abad şəhərlərində özbək və qırğızlar arasında qarşıdurma zamanı 100 minə yaxın insan ev-eşiyini tərk edib.

Rəsmi məlumata görə həmin hadisə zamanı azı 240 nəfər ölüb, minlərlə insan yaralanıb.

Bu arada Qırğızıstanın müvəqqəti hökumətinin liderləri dünən parlament seçkilərinin vaxtını bir ay əvvələ çəkib. Seçkilər sentyabrda keçiriləcək. Məqsəd qanuni hökuməti daha tez qurmaqdır.

XS
SM
MD
LG