Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:09

IMPAC mükafatı ilk dəfə olaraq Niderland yazıçısına verildi


2010-cu il üçün IMPAC beynəlxalq ədəbi mükafatı Niderland yazıçısı Gerbert Bakkerə verilib.

O özünün "Əkizlər" adlanan debüt romanı ilə Merlin Robinson ("Ev") və Cozef O"Nil ("Niderland") kimi yetərincə tanınan yazıçıları geridə qoya bilib.

123 min dollarlıq mükafat bir zamanlar bağban və skeytsürmə məşqçisi işləmiş Bakker və onun tərcüməçisi arasında bölünəcək. (Tərcüməçi Devid Kolmerə 31 min dollar veriləcək).

Dublində mükafatı qəbul edən Bakker öz sevincini "Guardian" qəzetilə bölüşüb:

"Çox gözəl. Bundan əvvəl öz kitabımı ingiliscə oxumağım da gözəl idi.

Mən tərcüməçim Deviddən soruşdum: Bu kitabı kim yazıb? Mən öz kitabımı tanımadım. Çox yaxşı tərcümədir. Mən tərcüməni oxuyandan sonra doğrudan da yaxşı kitab yazdığıma və yazıçı olduğuma əmin oldum".

Təxminən 300 səhifədən ibarət "Əkizlər" romanı yalqızlıq haqqındadır.

Əsərin qəhrəmanı Helmar tələbə olarkən əkiz qardaşı maşın qəzasında ölür. Ölən qardaş atasının fermer təsərrüfatında işləyirdi.

Bundan dərhal sonra atası Helmarı universitetdən ayırıb fermada işlətməyə başlayır və Helmar 35 il dayanmadan bu işlə məşğul olur.

Yalnız 55 yaşında anlayır ki, bu həyatda yalqızdır.

Baxmayaraq ki, ölmüş qardaşının sevgilisi və onun oğlu da fermaya köçüb, atası da evlərinin yuxarı mərtəbəsində xəstə yatsa da, ömrünü sürdürür...

"Əkizlər" 2006-cı ildə çap olunub, iki il sonra isə ingiliscə tərcüməsu çapdan çıxıb.

İMPAC mükafatı 1996-cı ildə İrlandiyanın paytaxtı Dublinin meriyasının təşəbbüsü ilə təsis edilib.

Bu - ayrıca götürülmüş nəsr əsərinə verilən ən nüfuzlu beynəlxalq mükafatdır.

2003-cü ildə bu mükafata "Mənim adım qırmızı" romanına görə türk yazıçısı Orhan Pamuk da layiq görülüb.

Bu, axır 3 ildə İMPAC mükafatını udan ikinci debüt romandır.

Həmçinin oxu
İMPAC mükafatına azərbaycanlı yazarlar da iddia edə bilər
Niderlandda dövlət ədəbiyyatı necə dəstəkləyir?

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG