İyunun 18-də parlamentin növbədənkənar iclasında «Normativ hüquqi aktlar haqqında» konstitusiya qanununu üçüncü oxunuşda qəbul edilib.
Bu qanun qüvvəyə minəndən sonra parlament illik qanunvericilik iş planını ölkə prezidenti ilə razılaşdırmalı olacaq.
Müsavat Partiyasından olan deputat qrupunun üzvü Pənah Hüseyn isə bunu hakimiyyət bölgüsü prinsipinə zidd addım adlandırıb.
Deputat deyib ki, bu həm parlamenti asılı vəziyyətə salır, həm də deputatları qanunvericilik təşəbbüsü hüququndan məhrum edir.
Amma qanun layihəsini Milli Məclisə təqdim edən Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynov bildirib ki, əslində bununla prezident tərəfindən təqdim edilən qanun layihələri ilə bağlı cəmiyyət öncədən məlumatlandırılacaq.
Əli Hüseynov bildirib ki, indiyə qədər prezidentin parlamentə göndərdiyi qanun layihələrinin prosedurası deputatlara aydın olmayıb:
«Sözü gedən qanunun qəbul olunmasından sonra bütün sənədlər qarşılıqlı razılaşdırılır və bundan da ancaq cəmiyyət qazanır».
Əli Hüseynovun sözlərinə görə, bu qanun layihəsinə Avropa Şurasının Venesiya Komissiyası və litvalı ekspertlər müsbət rəy verib.