Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:05

İsrail Qəzzanın blokadasını yumşaldır


BMT-nin baş katibi Ban ki-Mun İsrailin Qəzzaya tətbiq etdiyi blokadanı yumşaltmaq qərarından ruhlanıb. Bunu BMT Baş katibinin sözçüsü Martin Nesirki deyib. Onun sözlərinə görə, Ban ki-Mun BMT-nin Yaxın Şərq üzrə koordinatoru Robert Serriyə göstəriş verib ki, təcili İsrail hakimiyyəti ilə əlaqə yaradıb, qərarın təfərrüatlarını öyrənsin, bundan sonra atılmalı olan addımları müzakirə etsin.

İsrail hökuməti mayın 31-də Qəzzaya yardım aparan donanmaya hərbi müdaxilədən sonra blokada rejimini yumşaltmaq qərarına gəlib.

İsrail Qəzzanı 4 ildir ki, blokadada saxlayır.

XS
SM
MD
LG