Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:39

«Dinc Yanaşı Yaşama üçün Gənclərin Həmrəyliyi»


Gənclər və İdman Nazirliyi, «Gəncliyin Şöləsi» Gənclərin İnkişafı ictimai birliyi, Avropa Şurasının Avropa Gənclər Fondu birgə olaraq «Dinc Yanaşı Yaşama üçün Gənclərin Həmrəyliyi» adlı Mədəniyyətlərarası və Dinlərarası Beynəlxalq tədbir təşkil ediləcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın verdiyi məlumata görə, tədbir 17-23 sentyabrda Quba şəhərində keçiriləcək.

Layihə Gürcüstanın «Ertoba» İctimai birliyi, Rumıniyanın «Gənclər və Regional İnkişaf Assosiasiyası» və İtaliyanın «Centro Solidarietà Terzo Settore» təşkilatı ilə partnyorluq çərçivəsində həyata keçiriləcək.

Layihənin məqsədi Azərbaycan, Gürcüstan, Türkiyə, Estoniya, İtaliya, Rumıniya, Yunanınstan, Litva, Albaniya, Moldova və İsrail ölkələrinin gəncləri arasında ictimai fəaliyyətin gücləndirilməsi, millətlər arasında qarşılıqlı anlaşmanın inkişaf etdirilməsi və əlaqələrin gücləndirilməsidir.
XS
SM
MD
LG