Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:46

«Dövlət başçısının mülkü olmalıdır. Niyə də olmamalıdır?»


Həvva Məmmədova
Həvva Məmmədova
Deputat, Milli Məclisin İnsan Haqları Komitəsinin üzvü Həvva Məmmədova «İşdən sonra»da belə deyib.

O bildirir ki, prezidentin Dubayda mülkünün olması barədə məlumat təsdiq olunmayıb: «İndiki iqtidar mənim hüquqlarımı müdafiə edir. Mən bu hökuməti ömrümün sonuna qədər müdafiə edəcəm».

Deputat deyir ki, Azərbaycanda hər kəsin hüquqları qorunur: «Bəzən dövlət idarələrində insanların hüquqlar pozulur. Amma biz bunun qarşısını almağa çalışırıq».

Həvva Məmmədovanın sözlərinə görə, Azərbaycanda hüquqları ən çox pozulmuş insanlar qaçqın və məcburi köçkünlərdir:

«Ovaxtkı hakimiyyət yaxşı olsaydı, torpaqlar işğal altına düşməzdi. 1993-cü ildə gedən torpaqların haqq-hesabı ondan əvvəl verilmişdi. Əvvəlki hakimiyyət torpaqları satmışdı».

Həvva Məmmədova ilə müsahibədən bəzi sitatlar:

- Mən YAP-çı deyiləm.

- Mənim Azərbaycanda hüquqlarım pozulmur.

- Mən heç vaxt bir erməninin başqa erməni haqda pis danışmasını eşitmədim.

- Biz elə bir cəmiyyətdə yaşayırıq ki, informasiya almaq asan məsələdir.


/Hazırladı Kamran Mahmudov/

MÜSAHİBƏNİN TAM MƏTNİNİ BURADA OXU
XS
SM
MD
LG