Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:11

Belorus Bakiyevi Bişkekə verməkdən imtina elədi


Belorus rəsmən Qırğızıstanın devrilən prezidenti Kurmanbek Bakiyevi ekstradisiya etməkdən imtina edib. Qırğızıstan müvəqqəti hökumətinin rəhbərinin müavini Azimbek Beknazarov deyib ki, Minsk rəsmi cavabında imtinasını Bişkekin ekstradisiya tələbinin “siyasi motivli” olmasıyla izah edib.

Bakiyev aprel ayında iştişaşlar başlayandan sonra ölkəni tərk edib və Belorusda sığınacaq alıb. Qırğızıstanın müvəqqəti hökuməti Bakiyevi 80-ə qədər adamın həlak olduğu toqquşmalarda ittiham edir.

İyunun 14-də Bakiyevin oğlu Maksim Bakiyev Britaniyada saxlanmışdı.
XS
SM
MD
LG