Keçid linkləri

2025, 20 Mart, Cümə axşamı, Bakı vaxtı 06:47

Avropa Birliyinin qərarı «səhv və məntiqsizdir»


Avropa Birliyinin (AB) İrana qarşı əlavə sanksiya qoymaq qərarı «səhv və məntiqsizdir». İranın xarici işlər nazirliyinin sözçüsü belə deyib.

İyunun 14-də Lüksemburqda AB xarici işlər nazirləri BMT Təhlükəsizlik Şurasının sanksiyalarından sonra İrana nüvə fəaliyyətinə görə sanksiyalar qoymağa razılaşıb.

Sanksiyaların bu həftə sonu təsdiqlənəcəyi gözlənilir.

Dünən AB Xarici siyasət nümayəndəsi Ketrin Eşton İranın nüvə rəsmisi Səid Cəlili ilə danışıqları yeniləməyi təklif edib.

Xarici İşlər nazirliyinin sözçüsü Ramin Mehmanpərəst deyib ki, Eşton «bir neçə fürsəti qaçırıb», bununla belə hələlik təklifi qiymətləndirdiklərini bildirib.
XS
SM
MD
LG