Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Yanvar, bazar, Bakı vaxtı 15:52

Bakiyevin oğlu tutuldu


Qırğızıstanın devrilmiş prezidenti Kurmanbek Bakiyevin oğlu Maksim Bakiyev iyunun 14-də Britaniyada saxlanıb. O, xüsusi təyyarə ilə ölkənin cənubunda hava limanlarından birinə enib və burada da İnterpolun xəbərdarlığı ilə həbs edilib.

Bu barədə Qırğızıstanın Milli Təhülkəsizlik Şurasının rəhbəri Keneşbek Duyiçebayev məlumat verib. Onun bildirdiyinə görə Maksim Bakiyev Britaniyadan siyasi sığınacaq istəmək üçün bu ölkəyə uçub. Amma Qırğızıstanın müvəqqəti hökuməti onun Bişkekə verilməsini tələb edir.

Londonda bu xəbərə hər hansı şərh verməkdə imtina ediblər.

Qırğızıstanın müvəqqəti hökuməti Maksim Bakiyevi ABŞ-ın bu ölkədə icarəyə götürdüyü hərbi bazaya yanacaq satışında korrupsiya cinayəti törətməkdə ittiham edir.
XS
SM
MD
LG