Keçid linkləri

2025, 29 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:37

Gədəbəyə dolu düşüb


İyunun 13-ü gecə Gədəbəy rayonuna dolu düşüb.

Gədəbəy rayon Fövqəladə Hallar Komissiyasının sədri Qüdrət Paşayevin verdiyi məlumata görə, rayonun 15 kəndinə yağan dolu əsasən Pərizamanlı kəndinə ziyan vurub.

«Rayonun bir sıra kəndlərinə leysan yağış yağıb, dolu düşüb. O biri kəndlərə elə ziyan dəyməyib. Əsasən Pərizamanlı kəndinə ziyan dəyib. Burada 40 nəfərin təsərrüfatına, 15 hektar əkin sahəsi yararsız hala düşüb, kəndarası yollara ciddi ziyan dəyib».

Hazırda kəndə dəymiş ziyanın məbləği müəyyənləşdirilir.
XS
SM
MD
LG