İraqın Mərkəzi Bankına edilən hücum nəticəsində 26 nəfər ölüb, onlarla adam yaralanıb. Banka hücum dünən olub. Əvvəlcə bankda bir neçə partlayış olub, sonra hücum edənlərlə polis arasında atışma gedib. Atışma 3 saat çəkib.
İraq təhlükəsizlik orqanlarının nümayəndəsi bildirib ki, bankdan pul və qiymətli əşya götürülməyib.
Hökumət hücuma görə “Əl-Qaidə”ni ittiham edib.