Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:26

ABŞ BP şirkətinə təzyiqləri artırır


ABŞ hökuməti tezliklə Meksika körfəzindəki platformada neft sızmasının qarşısını almaq üçün BP şirkətinə təzyiqləri artırır.

Birləşmiş Ştatların Sahil Mühavizə Xidməti dünən şirkətə məktub göndərərək 48 saat ərzində çıxış yolu tapılmasını tələb edib.

BP şirkəti qəzanın baş verdiyi gündən bu yana sızmanın qarşısını almaq üçün 4 dəfə cəhd göstərib.

Lakin bu cəhdlərdən heç biri tam uğurlu olmayıb.

ABŞ prezidenti Barak Obama ilə Böyük Britaniyanın baş naziri Devid Kemeron dünən telefonla yaranmış vəziyyəti müzakirə ediblər.

Bu Birləşmiş Ştatların tarixində ən böyük ekoloji faciə hesab olunur.

Nəhəng neft ləkəsi ABŞ-ın Luiziana,Missisipi, Alabama və Florida ştatlarına ciddi ziyan vuruv.
XS
SM
MD
LG