Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:13

Polis Bakıda müxalifətin aksiyasını dağıdıb


Polis Müsavat Partiyası və Demokratiya Uğrunda İttifaq-ın metronun «Elmlər Akademiyası» stansiyasının qarşısında aksiya keçirməsinə imkan verməyib.

Aksiya zamanı 30-a yaxın müxalifət fəalınını saxlanıldığı xəbər verilir.

Saxlanılanlar arasında AXCP Gənclər Komitəsinin sərdi Əbülfəz Qurbanlı da var.

Onlar Yasamal rayon Polis İdarəsinə aparılıb.

Bu barədə Azadlıq Radiosuna Müsavat Partiyasının Gənclər Komitəsinin sədri Tural Abbaslı mlumat verib.

Müxalifət əsasən ölkədə demokratik seçki şəraiti yaradılması, rüşvət və korrupsiyaya qarşı mübarizə aparılmasını tələb edir.
XS
SM
MD
LG