Keçid linkləri

2025, 16 Mart, bazar, Bakı vaxtı 21:33

İran hakimiyyəti müxalifətə xəbərdarlıq edib


İranın hakim dairələri mübahisəli prezident seçkilərinin ildönümüylə bağlı istənilən aksiyanın qarşısının kəskin şəkildə alınacağını xəbərdarlıq edib.

Əsas müxalifət liderləri Mirhüseyin Musəvi ilə Mehdi Karrubi mümkün qarşıdurmadan qaçmaq üçün bu günə nəzərdə tutulmuş etiraz aksiyalarını təxirə salıblar.

Ötən il iyunun 12-də indiki prezident Mahmud Əhmədinejadın qalib gəldiyi seçkilərdən sonra ölkədə kütləvi nümayişlər, ölümlə nəticələnən toqquşmalar və bunun ardınca kütləvi həbslər başlandı.

Müxalifət nəticələrin saxtalaşdırıldığını deyir.
XS
SM
MD
LG