Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:35

Avropa Birliyi səfirləri Yerevanı yeni TV qanununu qəbul etməməyə çağırır


Ermənistan Parlamenti mübahisəli televiziya və radio haqqında qanunu ikinci oxunuşda qəbul etdi. Yerli media təşkilatları bu qanunla hökumətin yayım üzərində sərt nəzarət tətbiq etmək istədiyini deyirlər.

ATƏT də qanunu tənqid edib. İyunun 10-da isə Avropa Birliyi ölkələrinin Ermənistanda olan səfirləri birgə bəyanat yayaraq hökuməti bu qanunu səsəverməyə çıxarmamağa çağırıblar. Onların yaydıqları sənəddə deyilir ki, hökumət və parlament Ermənistanda azad medianın inkişaf etdirilməsi üçün Avropa Şurası və ATƏT-in tövsiyyələrini nəzərə almaqla vətəndaş cəmiyyəti qurumları ilə birlikdə işləməlidir.

Amma hökumətin üstünlük təşkil etdiyi parlamentdə 131 deputatdan yalnız 13 nəfəri yeni qanun layihəsinin əleyhinə səs verib.

Layihədə hökumət qurumlarına tapşırlır ki, 2013-cü ilin iyul ayına qədər rəqəmsal yayıma keçirdi tam başa çatdırsın. Amma jurnalist təşkilatları hesab edirlər ki, bu, hökumətə virtual məkana nəzarəti büsbütün ələ almağa imkan verəcək. Layihədə həmçinin Milli Televiziya və Radio Şurasına lisenziya verilməsindən imtina etdiyi halda buna görə izahat vermək məcburiyyətini ləğv edir.
XS
SM
MD
LG