Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:27

Bakıda küllü miqdarda saxta 100 dollarlıq əskinaz tapılıb


Bakıda külli miqdarda saxta 100 dollarlıq əskinaz satmağa çalışan bir şəxs həbs olunub.

Daxili İşlər Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilən məlumatına görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakının Məhəmməd Əmin Rəsulzadə qəsəbəsində kirayədə yaşayan Tovuz rayon sakini Qalib Tanrıverdiyev 1032 ədəd saxta 100 dollarlıq əskinazları 40 min dollara satarkən tutulub.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
XS
SM
MD
LG