Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:17

Arazın yeni qolunu müvəqqəti bağlayırlar


Bir müddət əvvəl daşqınlara görə Araz çayına açılmış 140 kilometrlik qolun qarşısını indi kəsirlər, burada yeni qurğular quraşdırıb, gələcəkdə mümkün daşqınlar üçün daha da təkmilləşdirəcəklər.

Bəhramtəpə Hidroqovşağının İstismarı İdarəsinin rəisi Mirqoca Mirişov AzadlıqRadiosuna deyib ki, Araz çayının səviyyəsi aşağı düşdüyündən hələ lik çayın suyunu bu qolla axıtmağa ehtiyac yoxdur:

“Biz bu qolu təqribən bir ay əvvəl Kür-Araz çayında daşqınlar olanda açmışdıq. Kürdə gursululuq artdığı üçün məqsəd Arazın suyunun bir hissəsini əvvəllər olduğu kimi Kürə yox, birbaşa Xəzərə axıtmaq idi. Artıq Kürdə də, Arazda da suyun səviyyəsi aşağı düşüb. Odur ki, suyun qarşısını kəsirik. Bu həm də bizə imkan verəcək ki, qolda yeni qurğular quraşdıraq, onu gələcəkdə mümkün daşqınlarda istifadə etmək üçün təkmilləşdirək”.

Rəsmi məlumata əsasən, Kür-Araz çaylarında son bir ayda baş verən daşqınlara görə 34 kəndə ziyan dəyib.

Daşqın nəticəsində ümumilikdə 70 min insan zərər çəkib, 50 min hektar əkin sahəsi və otlaq sahəni su basıb.
XS
SM
MD
LG