Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:33

NATO bir gündə 10 əsgər itirdi


NATO iyunun 7-də məlumat verib ki, bu gün Əfqanıstanda 10 nəfər əsgər itirib. Əsgərlərdən beşi ölkənin şərqində yola qoyulan minanın partlaması, biri yenə həmin ərazidə atışmada, biri isə ölkənin cənubunda başqa bir atışmada həlak olub.

Bu gün səhər isə biri NATO başqa bir atışmada üç əsgər itirmişdi.

Beləliklə, iyunun 7-də NATO-nun Əfqanıstanda itkilərinin sayı 10 nəfərə çatıb.

Amma buna baxmayaraq, NATO, ABŞ və Əfqanıstan qüvvələri ölkənin cənubundakı Qəndəhar əyalətində Taliban yaraqlılarına qarşı ən böyük hərbi əməliyyatlardan birinə hazırlaşır.
XS
SM
MD
LG