Keçid linkləri

2025, 20 Aprel, bazar, Bakı vaxtı 07:18

Futbol azarkeşi keşiş xuliqanlıqda ittiham edilir


Yunanıstanda kilsə həm də bir futbol fanatı olan altmış yaşlı keşişi xuliqanlıqda ittiham edib.

PAOK komandasının fanatı olan keşiş özünün dini paltarında boynuna da komandasının şərfini salaraq azarkeşlik edib. Fanatlar arasında “Papa PAOK” adı ilə tanınan keşiş hətta, bir qrup tərəfdarla birlikdə rəqib komandaya söyüşlər yağdırıb. Elə həmin səhnədən çəkilmiş video da YouTube video paylaşma şəbəkəsində yayılıb.

Bundan sonra kilsənin dini şurası toplaşaraq həmin keşişi xuliqanlıqdan ittiham edib, onun bir daha fanatlar arasında görünməsinə qadağa qoyub.

Buna cavab olaraq PAOK komandasının azarkeşləri də Facebookda “Papa PAOKa azadlıq” adlı kampaniya başlayıblar. Kampaniya artıq 7500 nəfər tərəfdar toplayıb.
XS
SM
MD
LG