Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:54

Jurnalist Elman Malıyev həbs edilib


Bu barədə AzadlıqRadiosuna Şəmkir rayon Polis Şöbəsindən məlumat verilib.

Jurnalist Şəmkir rayon polis şöbəsinin sorğusu əsasında iyunun 6-da paytaxt Bakıda həbs edilib. O, dələduzluqda ittiham edilir.
Haqqında Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi qaldırılıb, araşdırma aparılır.

Şəmkir polis şöbəsindən verilən məlumata görə, Elman Malıyev rayonda bir nəfərdən 1500 manat pul alaraq həmin adamın yaxın qohumunu həbsxanadan çıxaracağına söz veribmiş. Elə jurnalisti də həmin şəxsin şikayəti əsasında həbs ediblər və hazırda o Şəmkir rayonundadır.
Elman Malıyev 1963-cü ildə anadan olub.

O, indiyə qədər bir sıra qəzetlərlə əməkdaşlıq edib, ölkədə baş verən criminal hadisələrdən yazıb. Son vaxtlar onun işsiz olduğu bildirilir.
XS
SM
MD
LG