Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:04

Gəncədə ərzaq məhsullarının qiyməti düşüb


Ucuzlaşma daha çox kənd təsərrüfatı məhsullarında müşahidə edilir.

Gəncə şəhər Statistika İdarəsinin büdcə və qiymət şöbəsinin müdiri Nəbi Baxşəliyevin verdiyi məlumata görə, iyun ayının əvvəlində satış obyektlərində aparılan monitorinq zamani məlum olub ki, bazarda kənd təsərrüfatı məhsulu olan soğan 29,6 faiz, quş əti 5,3 faiz, mal əti 3,6 faiz, qoyun əti 3,2 faiz ucuzlaşıb.

Həmçinin şəhərdə göyərtidə 33,3 faiz, pomidorda 37,5 faiz, xiyarda 60 faiz, bibərdə 16,7 faiz, badımcanda 53 faiz qiymət enməsi müşahidə edilib. Şöbə müdiri ucuzlaşmanı mövsümi kənd təsərrüfatı məhsullarının bolluğu ilə izah edir.

Qiymət artımı almada (6,7 faiz), armudda (10 faiz) və quru çayda (1,3 faiz) müşahidə edilib.
XS
SM
MD
LG