Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:56

Xomeyninin nəvəsinə çıxış etməyə imkan verilmədi


Bu gün İran İslam Respublikasının banisi Ayətullah Ruhullah Xomeyninin ölümünün 21-ci ildönümü münasibətilə məraismlər keçirilib. Mərasimdə Xomeyninin müxalifət tərəfdarı kimi tanınmış nəvəsi Həsən Xomeyninin çıxış etməsinə imkan verilməyib.

Mərasimdə olan sərt xətt tərəfdarları şüarlar səsləndirərərk onun çıxışını yarımçıq kəsiblər. Bir neçə dəfə onları sakitliyə çağıran nəvə Xomeyni bunun faydasının olmadığını görəndə isə o, kürsüdən düşüb.

Bundan bir qədər əvvəl bir neçə müxalifət saytları Həsən Xomeyninin müxalifət liderləri Mir Hüseyn Musəvi və Mehdi Kərrubi ilə birlikdə şəkillərini yayıb.
XS
SM
MD
LG