Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:49

İran Azərbaycanda xəstəxana açır


İranın Qırmızı Aypara Cəmiyyəti Azərbaycanda 120 çarpayılıq klinika inşa edəcək. Artıq bunun üçün Azərbaycan Səhiyyə Nazirliyindən icazə alınıb.

Bu barədə APA-ya İranın Azərbaycandakı səfiri Məhəmməd Baqir Bəhrami məlumat verib. O bildirib ki, inşaat üçün icazə sənədi hazır olduqdan sonra klinikanın tikintisinə başlanacaq. Bəhrami ümid edib ki, bu, həm iki ölkənin əlaqələrinin inkişafına, həm də Azərbaycan xalqının sağlamlığına xidmət edəcək.

Səfir Azərbaycanla İran arasında ikitərəfli əlaqələrin inkişaf etdiyini və bu istiqamətdə çoxlu işlər görüldüyünü söyləyib. O, Viza rejiminin birtərəfli qaydada ləğvinin də münasibətlərə müsbət təsir göstərdiyini və Azərbaycan tərəfinin də vizanı ləğv etdiyi təqdirdə əlaqələrin daha da genişləndiyini bildirib.
XS
SM
MD
LG